Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və tələbələri üçün pulsuz göz müayinəsi təşkil olunub.

Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

Həkimlər aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyaların aşkarlandığını diqqətə çatdırıb. Bu patalogiyaların kompüterlə sıx təmasda olan insanlar üçün xarakterik olduğunu bildirib.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi Bakıda və bölgələrdə əhali arasında göz xəstəlikləri ilə bağlı geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir.

Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin Gəncə filialı ADAU əməkdaşları üçün pulsuz müayinə aksiyası keçirib