Magistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) magistratura səviyyəsində təhsil alan tələbələri ilə görüş təşkil olunub.

Görüşün məqsədi dərsə davamiyyəti, dərs vaxtları və hibrid təhsilə keçidlə bağlı tələbələrin fikirlərinin dinlənilməsi olub.

İlk öncə Magistr hazırlığı mərkəzinin direktoru Aqil Mustafayev ali təhsil müəssisəsinin magistrləri barədə ümumi məlumat verib. Bildirilib ki, hal-hazırda universitetdə I kursda 428, II kursda 268 olmaqla ümumilikdə 696 magistr təhsil alır.

Çıxış edən rektor əvəzi Zəfər Qurbanov magistrlərə tədqiqat işlərinin keyfiyyətini artırmaları, öz üzərlərində ciddi işləmələrini və dərsə davamiyyətə ciddi yanaşmalarını tövsiyyə edib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.


Magistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilibMagistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilibMagistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilibMagistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilibMagistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilibMagistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirilib