KTN-nin sektor müdiri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçılar üçün növbəti görüş Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İnsan resursları şöbəsinin müdir müavini, Elm və təhsil üzrə sektor müdiri Emin Əliyevlə olub.

Görüşdə Dördüncü Sənaye İnqilabı mövzusunda gənclərə yeni innovasiyalar, kənd təsərrüfatında yeni sənayelərdən ve aqroparklardan danışılıb. Qeyd olunub ki, Dördüncü Sənaye İnqilabı Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək və innovasiyaları tətbiq etməklə mümkündür.

KTN-nin sektor müdiri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları ilə görüşübKTN-nin sektor müdiri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları ilə görüşübKTN-nin sektor müdiri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları ilə görüşübKTN-nin sektor müdiri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları ilə görüşüb