Konya Qida və Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında memorandum imzalanıb

Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə ali təhsil müəssisəsinin Tədris-təcrübə təsərrüfatında olublar.

Müasir heyvandarlıq kompleksi, intensiv meyvə bağları, ət kəsim sexi, qapalı və açıq tədris auditoriyaları ilə tanış olan qonaqlara məlumat verilib ki, təsərrüfat baytarlıq və zootexniklik istiqamətləri üzrə mütəxəssis hazırlığında mühüm rol oynamaqdadır.

Sonra Mehmet Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti və ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov arasında görüş keçirilib.

Görüşdə toxumçuluq, bitkiçilik, bitki xəstəlikləri, istixana sahəsi və digər istiqamətlər üzrə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmçinin, birgə elmi-tədqiqat işlərinin aparılması, nəşrlərin hazırlanması və müəllim-tələbə mübadiləsi məsələlərinə də toxunulub.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Konya Qida və Kənd Təsərrüfatı Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.


Konya Qida və Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında memorandum imzalanıbKonya Qida və Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında memorandum imzalanıbKonya Qida və Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında memorandum imzalanıbKonya Qida və Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında memorandum imzalanıbKonya Qida və Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında memorandum imzalanıb