Kənd təsərrüfatı maşınları ilə işləyərkən nəzərə alınmalı vacib məqamlar tələbələrə praktiki çatdırılıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan “aqromühəndislik” ixtisasının II kurs tələbələri praktik təlimlərini ADAU-nun Traktor parkında və sınaq sahələrində həyata keçirirlər.

Burada onlara kənd təsərrüfatı maşınlarının (mühərrik, sürət qutusu, diferensial, əyləc-sükan sistemləri və s.) növləri və iş prinsipləri izah edilib. Traktorda kənd təsərrüfatının mühəndislik alətlərinin birləşdirilməsi (çəkmə çubuğu, dartma çubuğu, üçnöqtəli asma sistemi) və işləməsi (güc götürmə val-PTO, hidravlik güc çıxışları) üçün tələb olunan tənzimləmələr yoxlanılıb, alətlər tədqiq edilib.

Alət-dəzgahlarda iş prinsipi, şum və torpaq frezerlərinin növləri, traktora qoşulma və traktorla işləyərkən nəzərə alınmalı vacib məqamlar maşınların üzərində praktiki göstərilib.

Sahə tətbiqində şumla şumlamaq istəyən bütün tələbələr traktorlardan istifadə etməklə şum əməliyyatını həyata keçiriblər.


Kənd təsərrüfatı maşınları ilə işləyərkən nəzərə alınmalı vacib məqamlar tələbələrə praktiki çatdırılıbKənd təsərrüfatı maşınları ilə işləyərkən nəzərə alınmalı vacib məqamlar tələbələrə praktiki çatdırılıbKənd təsərrüfatı maşınları ilə işləyərkən nəzərə alınmalı vacib məqamlar tələbələrə praktiki çatdırılıb