İkili diplom proqramının tələbələrinə “Ege dərs” platformasının təqdimatı keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən birgə keçirilən ikili diplom proqramı əsasında təhsil alan tələbələrə Ege Universitetinin elektron idarəetmə sistemi olan “Ege dərs” platformasının imkanları barədə məlumat verilib.

Tədbirdə Universitetin Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri Mehman Kərimov, ikili diplom proqramının koordinatoru Fərrux Rəhimov və proqram üzrə təhsil alan tələbələr iştirak ediblər.

Ege Universitetinin əməkdaşı, professor Bülent Çakmak tərəfindən keçirilən təqdimatda tələbələrə “Ege dərs” platformasının imkanlarından istifadə etmək üçün müvafiq elektron poçt ünvanları verilib.

Platforma vasitəsi ilə tələbələr Ege Universitetinin təqdim etdiyi bütün imkanlardan kitabxana, laboratoriya, yataqxana və yeməkxanadan istifadə edə biləcəklər. Həmçinin tələbə bileti, transkript və s. kimi sənədlər, cari semestrdə keçilən fənlər, imtahan cədvəlləri, mübadilə proqramları və digər məlumatlar əlçatan olacaq.

Görüş zamanı tələbələrin sistemdə qeydiyyatdan keçirilməsi üçün bütün sənədlər elektron formada Ege Universitetinə göndərilib və müvafiq qeydiyyat prosesi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı prosesi davam edir.

İkili diplom proqramının tələbələrinə “Ege dərs” platformasının təqdimatı keçirilibİkili diplom proqramının tələbələrinə “Ege dərs” platformasının təqdimatı keçirilibİkili diplom proqramının tələbələrinə “Ege dərs” platformasının təqdimatı keçirilib