İkili diplom proqramının icrası ilə bağlı növbəti onlayn iclas keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramının icrası ilə bağlı hər iki ali təhsil müəssisəsinin rəhbərliyi arasında növbəti onlayn görüş olub.

Görüşdə çıxış edən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov ikili diplom proqramının Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi olduğunu deyib. O bildirib ki, gələcəkdə ikili diplom proqramının məzunları ölkəmizin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcəklər.

Çıxış edən Ege Universitetinin rektoru Necdet Budak yeni təyinat münasibətilə Z.Qurbanovu təbrik edərək, səmərəli davam edən əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Sonra ikili diplom proqramının gedişi ilə bağlı məsələlər və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.


İkili diplom proqramının icrası ilə bağlı növbəti onlayn iclas keçirilibİkili diplom proqramının icrası ilə bağlı növbəti onlayn iclas keçirilibİkili diplom proqramının icrası ilə bağlı növbəti onlayn iclas keçirilib