İkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə həyata keçirilən ikili diplom proqramı layihəsində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı Prof. Dr. Banu Yücel, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin alimləri iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov ikili diplom proqramının vacibliyini diqqətə çatdıraraq tələbələrə qarşıdakı imtahanlarda uğurlar arzu edib. Rektor, bu proqramda təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduğunu deyib.

Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak tələbələrə Ege Universitetinin maddi-texniki bazası və həyata keçirdiyi layihələrdən danışıb. O, deyib ki, bu proqramda təhsil alan tələbələr 3 il ADAU-da, 1 il isə Ege Universitetində təhsil alaraq öz bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Tədbirdə ikili diplom proqramının İnformasiya və koordinasiya ofisində üç ay ərzində könüllü fəaliyyət göstərən tələbələrə sertifikatlar təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

İkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib