İkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında təhsil alan tələbələrlə Ege Universitetinin bir qrup professor-müəllim heyəti arasında görüş baş tutub.

Görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramının əhəmiyyətindən bəhs edib. Bildirib ki, “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə aparılan kadr hazırlığı gələcəkdə ölkəmizin kənd təsərrüfatının kadr potensialına mühüm töhfələr verəcəkdir.

Ege Universitetinin professor-müəllim heyətindən Canan Abay, Mehmet Yasin Kaya, Harun Yalçın, Mustafa Özgür Tatar, Ahmet Esen Çelen, Erhan Akkuzu, Mustafa Gümüş, Figen Zihinoğlu, Güldehen Bilgen və Melih Ünal çıxışlar edərək aqrar sahənin perspektivləri və bu sahədə təhsilin vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, ikili diplom proqramında tələbələrə çox böyük təhsil imkanları verilib.

Sonda 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasında ikili diplom proqramı əsasında təhsil alan, qrup üzrə ən yüksək nəticəni göstərən tələbələr təşəkkürnamə ilə təltif olunublar.

İkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı əsasında təhsil alan tələbələrlə görüş keçirilib