İkili diplom proqramı əsasında aparılan kadr hazırlığı gələcəkdə ölkəmizin kənd təsərrüfatının kadr potensialına mühüm töhfələr verəcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında dərslər tədris edən Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə ADAU-nun Biologiya kafedrasında görüş keçirilib.

Görüşdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramının kadr hazırlığı ilə yanaşı dövlətlərarası əlaqələrin inkişafına da böyük töhfə verəcəyini bildirib. Rektor deyib ki, ikili diplom proqramı əsasında aparılan kadr hazırlığı gələcəkdə ölkəmizin kənd təsərrüfatının kadr potensialına mühüm töhfələr verəcək.

Biologiya kafedrasının professoru Bəhman Əliyev və assistenti Sona İbrahimli çıxış edərək hər iki universitetə bu şərəfli yolda uğurlar arzu edib, bu proqramın gənclər üçün mühüm olduğunu və onların tədqiqat işlərində daha geniş imkanların yaranacağını diqqətə çatdırıblar.

Tədbirin sonunda qonaqlar kafedranın maddi-texniki bazası ilə tanış olublar.

İkili diplom proqramı əsasında aparılan kadr hazırlığı gələcəkdə ölkəmizin kənd təsərrüfatının kadr potensialına mühüm töhfələr verəcəkİkili diplom proqramı əsasında aparılan kadr hazırlığı gələcəkdə ölkəmizin kənd təsərrüfatının kadr potensialına mühüm töhfələr verəcəkİkili diplom proqramı əsasında aparılan kadr hazırlığı gələcəkdə ölkəmizin kənd təsərrüfatının kadr potensialına mühüm töhfələr verəcək