İkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilib.

Görüşdə çıxış edən ADAU-nun Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı prosesi davam edir.

Sonra ikili diplom proqramının koordinatoru Fərrux Rəhimov, proqram katibi, dosent Lamiyə Quliyeva, Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə birgə tədris zamanı qarşıda duran məsələlər barədə müzakirələr ediblər.

İkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində növbəti semestrdə dərs tədris edəcək müəllimlərlə görüş keçirilib