Şəhid ailələrinin üzvləri ilə növbəti görüş baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan bir qrup şəhid ailələrinin üzvləri ilə növbəti görüş keçirilib.

Ənənə halını alan görüşlərin məqsədi şəhid ailələrinin üzvlərini daim diqqətdə saxlamaq, onların fikir və təkliflərini dinləməkdən ibarətdir.

Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq. O, Vətən uğrunda canından keçən oğullarımızın təkcə onların deyil, hər kəsin övladı olduğunu qeyd edib. Z.Qurbanov ADAU-da çalışan və təhsil alan qazilərin, şəhid ailələrinin üzvlərinin hərtərəfli diqqət və qayğıyla əhatə olunduğunu deyib.

Çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla hərkəsə təşəkkür ediblər.


Şəhid ailələrinin üzvləri ilə növbəti görüş baş tutubŞəhid ailələrinin üzvləri ilə növbəti görüş baş tutubŞəhid ailələrinin üzvləri ilə növbəti görüş baş tutubŞəhid ailələrinin üzvləri ilə növbəti görüş baş tutub