Heydər Əliyev irsi xalqımızın milli sərvətidir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Heydər Əliyev İli”nə həsr olunan elmi seminar keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Torpaqşünaslıq və aqrokimya fakültəsində keçirilən seminarda çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi isə Dahi Öndərin irsinin daha dərindən öyrənilməsi və bütün dünyaya bir daha tanıdılması üçün fürsət olacaqdır.

Sonra Biologiya kafedrasının bir qrup əməkdaşı, Türkiyənin Ege Universitetinin dosenti Mustafa Gümüş və tələbələr çıxışlar ediblər.


Heydər Əliyev irsi xalqımızın milli sərvətidirHeydər Əliyev irsi xalqımızın milli sərvətidirHeydər Əliyev irsi xalqımızın milli sərvətidirHeydər Əliyev irsi xalqımızın milli sərvətidirHeydər Əliyev irsi xalqımızın milli sərvətidir