Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qaliblərindən olan Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaş və tələbələri ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, Qrant Müsabiqəsi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Gənclər Fondu tərəfindən həyata keçirilir.

Qaliblərə uğurlar arzulayan Universitetin rektor əvəzi Zəfər Qurbanov həyata keçiriləcək layihələrin hər birini dinləyərək məsləhət və tövsiyələrini verib.

Qeyd edək ki, “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsində Universitetin əməkdaşları - Fərrux Rəhimov, Ruslan Vəliyev, tələbələri – Elnarə Şahbazova, Pərviz Səmədov, Peykər İbrahimova, Nigar Bayramova qalib olublar.

Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilibGənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib