Gəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Gəncə Baş Polis İdarəsinin (ŞBPİ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə polis əməkdaşları, universitet rəhbərliyi və tələbə kollektivi iştirak edib.

Görüşdə çıxış edən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov bildirib ki, dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib.

ŞBPİ-nin rəis müavini, polis polkovniki Əhməd Cəlilov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirilib ki, Gəncə ŞBPİ və onun tabeli qurumları tərəfindən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilən bu tədbirlər nəticəsində cari ilin 10 ayında ümumilikdə 178 fakt aşkarlanaraq 64 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb ki, bu rəqəmin 21 kq-dan çoxunu xüsusi təsir edici qüvvəyə malik narkotik maddələr daxildir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, tövsiyələr verilib.


Gəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibGəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibGəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibGəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibGəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibGəncədə narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib