Gəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub

Gəncədə “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə parkında Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub.

Kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında sinerji - körpü yaratmaq məqsədilə, dövlət və özəl qurumların tərəfdaşlığı vasitəsilə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi həyata keçirilib.

200-ə yaxın dövlət və özəl şirkətlərin, fermerlərin, kənd təsərrüfatı və biznes assosiasiyalarının, startap şirkətlərin, dəyər zənciri iştirakçılarının, yerli hakimiyyət orqanlarının, bankların və s. iştirakı ilə baş tutan tədbirdə regional innovasiyaların lazımi şəkildə aşkarlığının və tanınmasının təmin edilməsi nəzərdə tutulub.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor əvəzi rəsmi qonaqlar qismində iştirak ediblər.

Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Aqrar Sığorta Fondu (ASF), Aqrar İnnovasiya Mərkəzi, Gəncə Aqrar Təlim Mərkəzi, “Biofix” MMC, “Səfəroğlu” MMC, NPC Agro Konsaltinq və Mühəndislik şirkəti, Dr.Agro diaqnostik və məsləhət proqramı, Samux, Şəmkir və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM), ADAU-nun İnnovasiyalar Mərkəzi, BİO Texnologiya Mərkəzi, Texniki Mexanika, Ümumi əkinçilik, genetika və seleksiya kafedrası və Azərbaycan Texnologiya Universiteti nümayəndələri ilə təmsil olunublar.

Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində yaradılmış Günəbaxan, Pomidor və Sorqum Məsləhət qruplarının nümayəndələri tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları və məlumatlılığın artırılması məqsədilə hazırlanmış çap materialları nümayiş olunub.

Qeyd edək ki, “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və Gəncə Aqrar Təlim Mərkəzi layihənin əsas partnyorlarındandır.


Gəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunubGəncədə Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub