Gəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Şahin Xurşudov, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.

Çıxış edən Niyazi Bayramov bildirib ki, bu il Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur. Azərbaycan xalqı son iki ildir ki, bu günü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov deyib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Dövlət müstəqilliyimizin bərpa edildiyi həmin vaxtdan ötən 31 il Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olub. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib.

Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk xalqımızı Dövlət müstəqilliyimizin bərpasının 31-ci ildönümü münasibəti ilə təbrik edərək, Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb.

AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev çıxış edərək, dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqilliyin qorunub möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

Sonra AMEA-nın Gəncə Bölməsinin professoru Həsənbala Sadıqov, GDU-nun dosenti Cavid Bağırzadə, Azərbaycan Texnologiya Universitetinin rektorunun müşaviri Şahmar Həsənov, ADAU-nun dosenti Elgün Aslanov çıxışlar edərək Azərbaycanı azadlığa aparan çətin yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar.

Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunan videoçarx izlənilib.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin hazırladığı bədii hissə nümayiş olunub.


Gəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilibGəncədə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilib