Gəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblər

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı sığortaları sistemi – TARSİM təşkilatının İdarə Heyətinin sədri Kərim Üstünün və Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovun rəhbərliyi ilə iki qurumun nümayəndələri Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görüş keçiriblər.

Görüşdə Türkiyədə və Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli, sığortanın tətbiqi prosesi, bununla bağlı yeniliklər, ortaya çıxan problemlər və onun həlli yolları müzakirə edilib. Eləcə də aqrar sahədə təhsil alan tələbələrin aqrar sığorta mexanizmindən yüksək gəlir əldə etmək imkanları barədə məlumat verilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov aqrar sektorun Azərbaycan iqtisadiyyatı və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyəti barədə məlumat verib. Rektor deyib ki, son illər ölkədə kənd təsərrüfatının inkişafı üçün ciddi addımlar atılır, paralel olaraq bu sahəyə yatırılan investisiyaların qorunmasına da ehtiyac yaranıb. Bu məqsədlə ökədə ilk dəfə olaraq aqrar sığorta mexanizmi yaradılıb. Femerlərin və təsərrüfatların risklərdən qorunması üçün aqrar sığorta mühüm yer tutur.

ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynov müasir dövrdə aqrar sığortanın əhəmiyyəti, onun fermerlər və ölkə iqtisadiyyatı üçün rolunu qeyd edib. M.Hüseynov Azərbaycanda Türkiyə təcrübəsi ilə aqrar sığortanın tətbiqinin mühüm hadisə olduğunu deyərək bu sahənin daha da inkişaf etdirilməsini, yeni aqrar sığorta məhsullarının yaranmasının vacib olduğunu bildirib.


TARSİM-in İdarə Heyətinin sədri Kərim Üstün bildirib ki, hazırda Türkiyə Avropada ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkədir. Əkin sahələrinin həcminə görə, Türkiyə dünyada 4-ci yeri tutsa da kənd təsərrüfatı məhsullarının icracı baxımından dünyada ilk 10-luqdadır. Belə böyük və sürətli inkişaf edən sahənin qorunması üçün aqrar sığorta mexanizmi ən mühüm vasitədir.

TARSİM İdarə Heyətinin sədr müavini Mete Güler Türkiyənin aqrar sığorta sistemi və onun iş prinsipi, əhatə etdiyi risklər və məhsullar barədə məlumat verdi. Bildirildi ki, Türkiyədə aqrar sığortanın penetrasiyası 20%-ə çatıb və bu rəqəm hər il böyüyür. Türkiyədə aqrar sığortanın tətbiqində əldə edilən təcrübə və müasir yanaşmalar Azərbayandakı aqrar sığorta mexanizmində də tətbiq edilib: “Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı ilkin nəticələr aqrar sığortanın uğurla tətbiqini göstərir”.

Tədbirdə çıxış edən və verilən sualları cavablandıran Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, hazırda aqrar sığorta ölkə üzrə fermerlərin qarşılaşdığı əsas risklərin əksəriyyətini sığortalayır. Bura dolu, subasma, yanğın, donvurma və sair aiddir. Onun sözlərinə görə, statistik təhlillər göstərir ki, Azərbaycada sel-su basma üzrə ən böyük risk olan ərazi Şəki-Zaqatala zonasıdır. Dolu riski isə ən çox ölkənin Qərb bölgəsi, Gəncə-Qazax zonasında yayılıb.

Suallara cavab verən ASF rəhbəri aqrar sığorta tariflərinin formalaşması və onların regionlar üzrə fərqlənməsinin səbəblərini izah edib.

F.Sadıqov bildirib ki, 2022-ci ildə bitkiçilik məhsulları üzrə yığılan sığorta haqları müqabilində il ərzində baş verəcək hadisələr qarşılanacaq və fermerlərə dəyən zərər kompensasiya ediləcək. Heyvandarlıq müqavilələrinin isə əksəriyyəti 3 illik müddətə bağlandığına görə, yığılan sığorta haqları 2024-cü ilədək müddətə verilən riskləri qarşılayacaq.

TARSİM İdarə Heyətinin üzvü Bekir Engürülü ABŞ və İspaniyanın aqrar sığorta mexanizmlərini müqayisə edərək, Türkiyə və Azərbaycanın məhz İspaniya modelinə üstünlük verməsinin səbəblərini izah edib. Eləcə də o bildirdi ki, bəzi ölkələrdə indeks əsaslı aqrar sığorta tətbiq edilsə də, onun məqsədəuyğun olub-olmaması və fermerlərin zərərlərini lazımınca qarşılayacağı müzakirə mövzusudur. Belə ki, bu sistemin tətbiq edildiyi bəzi ölkələrdə fermerlər sistemdən o qədər də razı qalmayıblar.

TARSİM-in İdarə Heyətinin üzvü və baş meneceri Serpil Günal Türkiyədə fermerlərin ən çox zərər çəkdiyi riskləri sadalayıb. Onun sözlərinə görə, zərərlərə görə ən çox ödənişlər donvurma-şaxtavurma, dolu yağması və quraqlıq riskləri üzrədir. Amma quraqlıq üzrə ödənişlər bütün ödənişlərin yalnız 10%-ni təşkil edir. Bu mənada hazırda təqdim edilən sığorta paketi fermerlərin qarşılaşdığı əsas risklərin əksəriyyətini qarşılayır.

Tədbirdə müstəqil aqrar sığorta ekspertlərinin işi geniş müzakirə edildi, belə ekspertlərdən biri, baytarlıq mütəxəssisi Sinan Vəlizadə ekspert hazırlanması prosesi, ekspertin fəaliyyəti barədə məlumat verərək, müstəqil ekspertlərin yüksək gəlir əldə etmək imkanlarının olduğunu bildirib.

Gəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblərGəncədə Aqrar Sığorta Fondu və TARSİM təşkilatının rəhbərliyi Aqrar Universitetdə görüş keçiriblər