Gəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib.

Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, ADAU-nun prorektoru Aida Qasımova, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının üzvləri, şəhər ağsaqqalları, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADAU-nun prorektoru Aida Qasımova bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Tədbirdə dünyamız üçün ən böyük bəlalardan biri olan narkomaniyanın törətdiyi fəsadlardan bəhs olunub. Narkomaniya əleyhinə görülən tədbirlərin daim ölkə rəhbərliyinin, aidiyyatı qurumların diqqət mərkəzində olduğu vurğulanıb. Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən müntəzəm olaraq bu mövzuda görüşlər keçirildiyi, maarifləndirici söhbətlər aparıldığı diqqətə çatdırılıb.

Konfransda iştirakçıları maraqlandıran suallar ətrafında səmərəli diskusiyalar aparılıb.

Sonda Bayram Yusifov Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun 85 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin adından təbrik edib.


Gəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçirib