Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutub

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti birgə əməkdaşlığı çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı (TCP) üzrə təlimlər davam edir.

Növbəti sessiya 30-31 oktyabr tarixlərində Aqrar Universitetin yeni tədris korpusunda baş tutub.

Təlimlərdə USAID PSA layihəsinin aqronomu Ziya Əliyev “Fındığın xəstəlikləri və zərərvericilərinin qiymətləndirilməsi”, “Əkindən sonra gübrələmə”, “Gübrələrin tətbiqi üsulları”, “Ferrero” şirkətinin Aqrobiznesin inkişafı layihəsinin rəhbəri Andrea Kastaqna “Fındığın xəstəlikləri və zərərvericilərinin qiymətləndirilməsi”, “Ferrero” şirkəti Aqrar Səriştəlilik Mərkəzindən isə Suarez Eloy “Gübrələmə” mövzularında dinləyicilər üçün maraqlı çıxışlar ediblər.

Təlim ənənəvi üsulla yanaşı onlayn formada da keçirildiyi üçün iştirakçılar sayca çoxluq təşkil edib.

Sonda iştirakçılarla mütəxəssislər arasında qarşılıqlı debat keçirilib.

Qeyd edək ki, təlimlərin iştirakçıları proqramın sonunda imtahan verərək beynəlxalq sertifikat alacaqlar. Növbəti sessiya 13 – 14 noyabr tarixlərində təşkil olunacaq.

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutubFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının növbəti təlimləri baş tutub