Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının iştirakçıları imtahan verib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti birgə əməkdaşlığı çərçivəsində Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramında (TCP) iştirak edən tələbələr üçün imtahan keçirilib.

Bütün təlimlərdə iştirak edən və imtahandan müvəffəqiyyətlə keçən tələbələr beynəlxalq sertifikatla təltif olunacaqlar.

Xatırladaq ki, proqramda Aqronomluq ixtisasının 34 nəfər tələbə və məzunu iştirak edib. İştirakçılar proqram çərçivəsində Gəncə, Quba, Qəbələ və Zaqatala rayonlarında praktiki təlimlərdə iştirak ediblər.

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının iştirakçıları imtahan veribFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının iştirakçıları imtahan veribFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının iştirakçıları imtahan verib