Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilib

Fevralın 23-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının (TSP) 35 məzunu üçün təşkil edilmiş buraxılış mərasimində iştirak ediblər.

ABŞ hökumətinin, USAID-in və “Ferrero Hazelnut Company” şirkətinin birgə dəstəyi ilə həyata keçirilmiş Texniki Sertifikat Proqramının məqsədi fındıqçılıq sektorunda müasir aqrotexniki qaydaları təşviq etmək və gənc liderlərin potensialını gücləndirməkdir.

“Dünya bazarında kənd təsərrüfatı sektorunun məhsuldarlığı və rəqabətliliyi müasir istehsal qaydalarının əlçatanlığından və tətbiqindən asılıdır. Dünyanın aparıcı aqronomlarının fındıqçılıq üzrə biliklərini bölüşərək və gənclərin rəqabətyönümlü bacarığını gücləndirərək aqrar sahibkarlardan ibarət yeni nəslinin bu sektorda və ümumi iqtisadiyyatda fəal iştirak etməsinə şərait yaradırıq. USAID bu yolla gəncləri dəstəkləyir və yeni iş yerləri açır”, - deyə səfir Li Litzenberqer bildirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov təlimi uğurla başa vuran tələbələri təbrik edərək, bu cür təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı çərçivəsində tələbələrə beş həftəsonu ərzində dünya səviyyəli, üzbəüz və onlayn təlimlər keçirilib, eləcə də gələcək aqronomlara əkindən məhsul yığımına qədər bütün becərmə prosesləri ilə bağlı istiqamətlər verilib. Gəncə şəhərində Aqrar Universitetin tədris binasında, eləcə də Zaqatala, Qəbələ və Quba rayonlarında həyata keçirilmiş təlim proqramının iştirakçıları fındıqçılıq sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrə, o cümlədən Zaqatala Fındıqçılıq Elmi Tədqiqat Mərkəzinə, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təlim mərkəzinə, Azərbaycan Fındıq İxracatçıları Konsorsiumunun fındıq emalı müəssisəsinə, Gilan Qəbələ Yeyinti Məhsulları ASC-nin fındıq tingliyinə, eləcə də Quba rayonunda yerləşən və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

Təlimin üç ən yaxşı iştirakçısı fındıqçılıq üzrə sertifikatla yanaşı bu il qarşıdan gələn təcrübə səfərində iştirak etmək imkanı da əldə edib. USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) və “Ferrero Hazelnut Company” şirkəti tərəfindən təşkil edilmiş fındıqçılıq sənayesi üzrə təcrübə səfərinin iştirakçıları şirkətə və onun partnyorlarına məxsus və onların idarə etdiyi fındıq istehsalı, emalı və təhsili müəssisələrinə səfər edəcəklər. USAID əlavə olaraq dörd ən yaxşı təlim iştirakçısına pul mükafatı təqdim edib.

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilibFındıqçılıq Üzrə Texniki Sertifikat Proqramını uğurla başa vurmuş tələbələrin buraxılış mərasimi keçirilib