Erməni terroru qurbanlarının xatirəsi daim qəlblərimizdə yaşayacaq

2020-ci il oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin növbəti raket hücumu nəticəsində dinc sakinlərin yaşadığı bina yerlə-yeksan olmuş, 10 mülki şəxs həyatını itirmiş, 40 nəfər yaralanmışdır. Həyatını itirənlər arasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) II kurs tələbəsi Sevil Əliyevanın valideynləri də var idi.

Hadisənin il dönümündə Sevil Əliyeva və nişanlısı Talış Şərifovla görüşən ADAU-nun rektor əvəzi Zəfər Qurbanov Sevil Əliyevaya başsağlığı verərək universitet rəhbərliyinin və dövlətin hər zaman onun yanında olduğunu diqqətə çatdırıb. Bildirilib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət hər bir kəsin vətəndaşlıq borcudur. Z.Qurbanov deyib ki, erməni terroru qurbanlarının əziz xatirəsi daim qəlblərimizdə yaşayacaq.

Sevil Əliyeva göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla, 175 nəfər yaralanıb.


Erməni terroru qurbanlarının xatirəsi daim qəlblərimizdə yaşayacaqErməni terroru qurbanlarının xatirəsi daim qəlblərimizdə yaşayacaq