Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kənd təsərrüfatı xüsusilə Meşəçilik ixtisasında təhsil alan müxtəlif kurslardan olan tələbələri ilə görüşüb.

Tədbirin məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq sahəsində fəaliyyət planına əsasən kadr hazırlığı, mövcud vakansiyalar və gələcək perspektivlər barədə müzakirələr aparmaq olub.

Görüşdə Nazir müavini Vüqar Kərimov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov, Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Nazirliyin İnsan kapitalının inkişafı sektorunun baş məsləhətçisi Cəlil Dadaşov, Meşələrin İnkişafı Xidmətinin kadrlar üzrə baş məsləhətçisi Gülnaz Məmmədova, Aqronomluq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşübEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşübEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşübEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşübEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşübEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşüb