Ege Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyib

Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə əvvəlcə universitetin maddi-texniki bazası ilə yaxından tanış olub.

ADAU-nun Torpaqşünaslıq və aqrokimya və Baytarlıq təbabəti fakültəsində olan nümayəndə heyəti burada tələbələr üçün yaradılan müasir şəraitlə yerində tanış olaraq, müasir auditoriyalar və laboratoriyalara baş çəkiblər.

Torpaqşünaslıq laboratoriyasında olan qonaqlara burada aparılan analizlər barədə ətraflı məlumat verilib. Sonra Baytarlıq təbabəti fakültəsinin nəzdində olan Patoloji anatomiya muzeyində nümayiş olunan eksponatlara baxılıb.

Sonra Necdet Budak universitetin 2 saylı Tələbə evində gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyib.

Rektor, həmçinin, rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. O bildirib ki, Ege Universiteti Türkiyənin 20 May 1955-ci il tarixində nəşr olunan 6595 saylı Qanunu ilə 9 Mart 1956-cı ildə, İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin 4-cü universiteti olaraq fəaliyyətə başlayıb. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan bu ali təhsil müəssisəsində 80 minə yaxın tələbə təhsil alır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ege Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyibEge Universitetinin rektoru Necdet Budak ADAU-da gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyib