EGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin bir qrup professor-müəllim heyəti tərəfindən Təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar EGE Universitetinin professoru Fazilet Alayunt və Tuncay Günhan tərəfindən “Üzüm bağlarında makinayla budama uygulamaları” və "Kuru üzüm üretiminde hasat sonrası bazı mekanizasyon uygulamaları" mövzularında keçirilib.

Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq, Torpaqşünaslıq və aqrokimya, Mühəndislik fakültələrinin bir qrup professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

EGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunubEGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunubEGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunubEGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunubEGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunubEGE Universitetinin professorları tərəfindən növbəti seminar təşkil olunub