Ege Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin bir qrup professor-müəllim heyəti Aqrar Universitetdə tədrisi davam etdirir, seminarlar təşkil edir.

Universitetin müvafiq ixtisaslar üzrə professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən dərslər beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif fənlərin tədrisi ilə bağlı son texnologiyalardan istifadə və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əməkdaşlıq imkanlarını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə gələcəyə dayanıqlı kadr hazırlığının aparıldığı ikili diplom proqramı çərçivəsində qeyd olunan ixtisaslarının hər birinə 2021-2022-ci tədris ilində otuz, 2022-2023-cü tədris ilində otuz və 2023-24-cü tədris ilində otuz tələbə qəbul oluna bilər.

Ege Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirirEge Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirirEge Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirirEge Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirirEge Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirirEge Universitetinin əməkdaşları ADAU-da tədrisi davam etdirir