Ege Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində dərs tədris edən bir qrup professor-müəllim heyəti Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb.

Professor-müəllim heyəti erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüb.

Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sonra qonaqlar Gəncə Heydər Əliyev Mərkəzi və Park-Kompleksində olublar. Ulu öndər Heydər Əliyevin xatirə muzeyində nümayiş olunan eksponatlar və Mərkəzdə fəaliyyət göstərən 16 nömrəli kitabxana filialında olan kitablarla tanış olublar. Ümummilli lider Heydər Əliyevə həsr olunan sənədli filmi izlədikdən sonra muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Ege Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıbEge Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıbEge Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıbEge Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıbEge Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıbEge Universitetinin bir qrup professor-müəllim heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb