Dövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçirib

Dövlət Miqrasiya Xidməti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələr üçün maarifləndirici tədbir təşkil edib.

Tədbirdə çıxış edən Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi istiqamətində əsaslı tədbirlər həyata keçirilir.

Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından söz açıblar. Tədbirdə Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqqında da məlumat verilib.

Tədbirdə, həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər, regionlarda keçirilən çoxsaylı tədbirlərin konkret nəticələri diqqətə çatdırılıb.


Dövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçiribDövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçiribDövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçiribDövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçiribDövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçiribDövlət Miqrasiya Xidməti ADAU-da maarifləndirici tədbir keçirib