Doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fəlsəfə və elmlər doktorluğu proqramı üzrə yeni qəbul olan və təhsil müddəti davam edən doktorant və dissertantlarla görüş keçirilib.

Universitetin rektor əvəzi Zəfər Qurbanov, elmi işlər üzrə prorektor Azad İbrahimov və Elm şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə ADAU-da təhsil alan və tədqiqat aparan doktorantların təhsil müddətində qarşılaşdıqları problemlər barədə müzakirələr aparılıb və müxtəlif yeniliklər haqqında məlumatlar verilib.

Z. Qurbanov bildirib ki, dissertasiya mövzuları seçilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun günün aktuallığına cavab verməsi, müvafiq sahənin tədqiqatçıları tərəfindən işlənmə səviyyəsi mütləq şəkildə nəzərə alınmalıdır. Həmçinin hal-hazırda еlm və təhsilin qarşısında duran rеal vəzifələr, dövlətin bu sahədəki siyasəti, aparılan islahatlar və ölkəmizdə kənd təsərrüfatının inkişafını təmin edən prioritet istiqamətlər diqqətdə saxlanılmalıdır.

Bundan başqa görüşdə doktorantların təhsil müddətində vəzifələri və hüquqları, illik attestasiyaların aparılması, dissertasiyaların əsas elmi nəticələrinin nəşri, tələblər, təqdim olunması və müdafiəsi ilə bağlı məlumatlar səsləndirilib.

Sonda doktorant və dissertantlara dissertasiya işinin yerinə yetirilməsi prosesi ilə bağlı məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.


Doktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilib