Doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fəlsəfə doktorluğu proqramı üzrə təhsil alan doktorant və dissertantlarla görüş keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elmi işlər üzrə prorektor Azad İbrahimov və Elm şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə ADAU-da təhsil alan və tədqiqat aparan doktorantların problemləri müzakirə olunub və müxtəlif yeniliklər, o cümlədən perspektiv inkişafla bağlı müzakirələr aparılıb. ADAU-nun fəlsəfə doktorluğu üzrə yeni təsdiq olunmuş attestasiya qaydaları və eləcə də Ali Attestasiya Komissiyasının tələblərinə dair geniş müzakirələr aparılıb.

Tədqiqat işlərinin obyektlərinin müəyyənləşdirilməsi, tədqiqat nəticələrinin inkişaf etdirilməsi və elmi-texniki bazalarda (Web of Science, Springer, Scopus və s.) məqalələrin nəşri ilə bağlı fikirlər səsləndirilib.

Doktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilibDoktorant və dissertantlarla görüş keçirilib