“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində “Əczaçılığın botanikası” kitabının təqdimatı keçirilib.

Təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, Aqronomluq fakültəsinin kafedra müdirləri və professor-müəllim heyəti iştirak ediblər.

Çıxış edən Universitetin rektoru İbrahim Cəfərov kitabın mütəxəssislər üçün qiymətli mənbə olduğunu və kitabda əczaçılıq morfologiyası və əhəmiyyəti haqqında mikroskopik şəkillərlə izahlı məlumatların verildiyini diqqətə çatdıraraq, müəllifə uğurlar arzu edib.

“Əczaçılığın botanikası” kitabının müəllifi, biologiya kafedrasının dosenti, biologiya fəlsəfə doktoru Aygün Sərdarova deyib ki, əczaçılıq botanikası sahəsi bitkilərin, əsasən də dərman əhəmiyyətli bitkilərin sistematikasını, morfologiyasını və anatomiyasını, bitki toxumalarının funksional xüsusiyyətlərini və bitkilərin əczaçılıq əhəmiyyətini öyrənir.

“Əczaçılığın botanikası” kitabında əsasən bitki hüceyrəsi, toxumaları, əsasən də ifrazat toxumlarının, vegetativ orqanların metomorfozunun əczaçılıq əhəmiyyətinin verildiyini bildirib.

Müəllif eyni zamanda kitabda ibtidai bitkilərin, ali sporlu bitkilərin, çılpaqtoxumlu bitkilərin anatomik, sistematik və əczaçılıq əhəmiyyəti haqqında rəngli təsvirlərlə geniş məlumatın olduğunu da vurğulayıb.

Həmçinin, bildirilib ki, dərslikdə göbələklər aləminin təsnifatı ilə yanaşı əczaçılıq ixtisası tələbələrinə vacib olan əczaçılıq əhəmiyyətli göbələklərin və eyni zamanda ümumi göbələklərin faydalılıq xüsusiyyətləri haqqında da məlumat verilib.

Digər çıxış edən natiqlər isə müəllifə uğurlar arzu edərək kitabın həm mütəxəssislər, həm də tələbələr üçün qiymətli vəsait olduğunu bildiriblər.


“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub“Əczaçılığın botanikası” kitabının təqdimatı baş tutub