Bu gün Vətən uğrunda gedən döyüşlərdə şəhid olan, ADAU-nun tələbəsi olmuş Hüseyn Qəribzadənin doğum günüdür

Bu gün Vətən uğrunda gedən döyüşlərdə şəhid olan, ADAU-nun tələbəsi olmuş Hüseyn Qəribzadənin doğum günüdür.

Hüseyn Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub.

Hüseyn Qəribzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Qəribzadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Şəmkir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı və digər orden və medallarla təltif edilmişdi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Hüseyn Qəribzadə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit ixtisası" üzrə qiyabi 2-ci kurs tələbəsi idi.

Allah rəhmət eləsin!


Bu gün Vətən uğrunda gedən döyüşlərdə şəhid olan, ADAU-nun tələbəsi olmuş Hüseyn Qəribzadənin doğum günüdürBu gün Vətən uğrunda gedən döyüşlərdə şəhid olan, ADAU-nun tələbəsi olmuş Hüseyn Qəribzadənin doğum günüdürBu gün Vətən uğrunda gedən döyüşlərdə şəhid olan, ADAU-nun tələbəsi olmuş Hüseyn Qəribzadənin doğum günüdür