İbrahim Cəfərov rektorlar şurasının iclasında çıxış edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının iclasında ölkəmizdə ali aqrar təhsilin inkişaf perspektivlərinə dair məruzə ilə çıxış edib.

Məruzədə ölkəmizdə aqrar təhsilə dövlət qayğısı, infrastrukturun inkişafı, ADAU-da təhsil və elm sahəsində əldə olunan nailiyyətlər, işğaldan azad olunmuş ərazliərin aqrar kadr təminatı barədə danışılıb, şura üzvü olan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən müəllim və tələbə mübadiləsinin, elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün müvafiq fondların yaradılması təklif olunub. Verilmiş təkliflər, o cümlədən elektron kənd təsərrüfatı, “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı” layihələri üzrə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafının zəruriliyi şuranın qərarında öz əksini tapıb.

Qeyd edək ki, “Post-epidemioloji dövrdə aqrar təhsilin və elmin inkişaf perspektivləri” mövzusunda keçirilən onlayn iclasda 10 ölkədən 19 üzv ali təhsil müəssisəsinin rəhbərləri iştirak edib. Tədbirdə aqrar sahə üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, rəqabət qabiliyyətinin artırılması, müvafiq elmi və təhsil infrastrukturunun yaradılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, innovasiya mərkəzlərində və laboratoriyalarda araşdırmaların aparılması və səmərəli idarəetmənin inkişafı məsələləri nəzərdən keçirilib.

İbrahim Cəfərov rektorlar şurasının iclasında çıxış edibİbrahim Cəfərov rektorlar şurasının iclasında çıxış edibİbrahim Cəfərov rektorlar şurasının iclasında çıxış edibİbrahim Cəfərov rektorlar şurasının iclasında çıxış edibİbrahim Cəfərov rektorlar şurasının iclasında çıxış edib