Bir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil müəssisəsinin bir qrup aktiv tələbə təşkilatlarının nümayəndələri və yüksək balla universitetə qəbul olan gənclərlə görüş keçirilib.

Görüşdə Prezident İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması xüsusi qeyd olunub.

Çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov tələbə təşkilatlarının fəaliyyətinin effektiv şəkildə təşkil edilməsi, tələbələrin sosial fəaliyyətlərə cəlb edilməsi üçün universitetdə yaradılan şəraitdən bəhs edib. O, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, gənclərin dünyagörüşlərinin, xarici dil biliklərinin artırılması və innovativ layihələrin həyata keçirilməsi istiqamətində müvafiq tövsiyələrini də verib.

Sonra gənclərin təklifləri dinlənilib, sualları cavablandırılıb.


Bir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunubBir qrup fəal və yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüş təşkil olunub