Azərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olub

Fevralın 24-də ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, İsrailin səfiri Corc Dik, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatında yeni soyuducu anbarın və beş nümunəvi meyvə bağının açılış mərasimində iştirak ediblər.

USAID-in maliyyələşdirdiyi yeni soyuducu anbar və nümunəvi meyvə bağları Azərbaycanda yerli iqtisadiyyatın və kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləyəcək, eləcə də kənd yerlərində gəlirlərin artırılmasında, güclü və dayanıqlı icmaların qurulmasında mühüm rol oynayacaq.

“Bağçılıq üzrə nümayiş sahələri və soyuducu anbar Azərbaycanda rəqabət qabiliyyətli kənd təsərrüfatı sektorunun vacibliyinə olan ortaq inamımızı ifadə edir. Güclü aqrar iqtisadiyyat xalqın uzunmüddətli rifahının və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır”, - deyə səfir Li Litzenberqer bildirib.

Nümayiş sahələri İsrailin Azərbaycandakı Səfirliyinin (Beynəlxalq Əməkdaşlıq Agentliyinin (MASHAV) vasitəsilə) və USAID-in birgə dəstəyi ilə maliyyələşib.

“İsrail hökuməti kənd təsərrüfatı sahəsindəki biliyini və təcrübəsini Azərbaycanla bölüşməyə həmişə hazır olub. Bu gün biz, ABŞ hökuməti ilə əl-ələ verərək və Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edərək azərbaycanlı fermerlər üçün təlimlər keçirik və ərzaq istehsalını ən qabaqcıl və effektiv metodlarla artırmaq üçün onları müxtəlif alətlərlə təmin edirik”, - deyə səfir Corc Dik bildirib.

“2022-2023-cü tədris ilində soyuducu anbarın işə salınması və intensiv meyvə bağlarının salınması Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilmiş ən innovativ layihələrdən biridir. Bu layihələr tələbələrin daha dərin praktiki bilik əldə etməsində, eləcə də onların dayanıqlı və peşəkar kənd təsərrüfatı mütəxəssisi olmasında vacib rol oynayır,”- deyə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bildirib.

Tələbələr ADAU-nun Tədris-təcrübə təsərrüfatında yerləşən və tutumu 16 ton olan soyuducu anbarının vasitəsilə meyvə-tərəvəzin soyudulması və soyuq mühitdə saxlanılması metodlarını öyrənəcəklər. Həmçinin, onlar bu layihə çərçivəsində ekoloji məsuliyyət prinsipinə əsaslanan, iqtisadi cəhətdən səmərəli və daha məhsuldar meyvə bağlarının salınması və idarə olunması üzrə praktiki bilik əldə edəcəklər. Yeni təsərrüfat infrastrukturunun sayəsində universitet fakültələrinin potensialı gücləndiriləcək, aqronomların və fermerlərin praktiki təcrübəsi artırılacaq, eləcə də ölkənin daha məhsuldar, rəqabətqabiliyyətli və rentabelli təsərrüfat sisteminə keçidi dəstəklənəcək.

Azərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olubAzərbaycan Dövlət Aqrar Universitetində yeni soyuducu anbarın və meyvə bağlarının açılışı olub