Azərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan Respublikası Prezidentinin Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi ADAU-da tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rektor, Əhməd Cavadın həyatı, yaradıcılığı və ağrılı bitən ömür yolundan danışıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk deyib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəqil mövqeyə malik türk xalqının böyük şairidir. O, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğurulub.

Ege Universitetinin rektoru, Prof. Dr Necdet Budak çıxışında Əhməd Cavadı böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Vurğulayıb ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə, Türk dünyasına bağlı əsl mücahid olub.

Sonra tələbələrin hazırladığı bədii hissə tədbir iştirakçılarına təqdim olunub.

Tələbələrin təqdimatında Əhməd Cavadın şeirləri oxunub, “Çırpınırdı Qara Dəniz” mahnısı ifa edilib. Həmçinin, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib.

Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Ege Universitetinin rektoru Necdet Budak, ADAU-nun rektoru İbrahim Cəfərov, Gəncə YAP ərazi təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, idarə rəhbərləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.


Azərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunubAzərbaycan Dövlət Aqrar Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub