Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin məşhur karyera platformasına daxil olub

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin tanınmış karyera platforması “Yetenek Kapısı”da qeydiyyatdan keçib.

Bu günə qədər 340 mindən çox tələbə və məzun, 1400-dən çox işəgötürən və 170-dən çox universitet “Yetenek Kapısı”da qeydiyyatdan keçib. Bunlar arasında xarici universitetlər və oranın tələbə, məzunları da yer alır.

ADAU-nun bu karyera platformasına qoşulmaqda məqsədi təhsil alan tələbələrinə karyeralarını istiqamətləndirməkdə dəstək olmaq və işəgötürənlərin universitet tələbələrinə çıxışını asanlaşdırmaqdır.

Platforma ilə tələbələr və məzunlar, işəgötürənlər və universitet karyera mərkəzləri vaxt, məkan məhdudiyyətləri olmadan asanlıqla rəqəmsal mühitdə toplaşır, qarşılıqlı əlaqə qururlar. Burada tələbə və məzunlar üçün dövlət müəssisə və təşkilatlarının bütün elanları və digər karyera imkanları da nümayiş etdirilir. Beləliklə hər kəs üçün iş, staj elanları, karyera ilə bağlı mentorluq xidməti barədə məlumat daha əlçatan olur.

“Yetenek Kapısı” vasitəsilə tələbələrimiz təhsil və təcrübə məlumatları ilə öz peşəkar profillərini yarada, təcrübə və işəgötürənlər tərəfindən dərc olunan iş elanlarına müraciət edə biləcəklər.

Qeyd edək ki, “Yetenek Kapısı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə bütün universitetlərdə genişləndirilən karyera mərkəzlərinə dəstək məqsədilə həyata keçirilən onlayn karyera platformasıdır və pilot tətbiqinə 2019-cu il sentyabr ayından başlanılıb. İlk dəfə isə 2020-ci ilin fevral-mart aylarında keçirilən “İstedad hər yerdədir” karyera sərgilərində 130 universitet tərəfindən istifadə olunub.


Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin məşhur karyera platformasına daxil olubAzərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin məşhur karyera platformasına daxil olubAzərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin məşhur karyera platformasına daxil olub