Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkənin aqrar sektorunda fəaliyyət göstərən yerli aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə “GP İmişli Cotton” MMC və “Şərqi CO LTD” MMC şirkətlərinin İnsan resursları rəhbəri Həbib Vəliyev, “AgroTradeSupply” şirkətinin İnsan resursları direktoru Maqsud Orucov, “AgroFood” MMC şirkətinin İnsan resursları rəhbəri Fərid Nəcəfov iştirak ediblər.

Çıxış edən Universitetin rektor əvəzi Zəfər Qurbanov bildirib ki, ADAU aqrar-sənaye sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır və bu istiqamətdə ciddi addımlar atılır. O deyib ki, universitetlə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin sıx əməkdaşlığı nəticəsində bazar rəqabətli və yerli tələbata cavab verən mütəxəssislərin hazırlanması daha səmərəli olacaq.

Qonaqlar təmsil etdikləri müəssisələrin birgə tədqiqat işlərinin aparılması, seminar və təlimlərin keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili həmçinin, məzunların işə qəbul prosesi kimi bir çox məsələlərdə yaxından iştirak etmək istədiklərini diqqətə çatdırıblar.


Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirirAzərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirirAzərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirir