“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resursları departamentinin baş mütəxəssisi Valid Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup 3-cü kurs tələbəsi ilə görüş keçirib.

ADAU və “AzerGold” arasında imzalanan əməkdaşlıq müqaviləsinə uyğun olaraq 2021/2022-ci ilin fəaliyyət planına əsasən “energetika”, “elektrik mühəndisliyi” və “ekologiya” ixtisaslarının 3-cü kurs tələbələri ilə keçirilən görüşün məqsədi könüllü təcrübə proqramları və gələcəkdə kadrların işə cəlb olunması ilə bağlı tələbələrə ümumi məlumat vermək olub.

Görüşdə tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparılıb, işə qəbulla bağlı əmək bazarının tələbləri izah olunub.

Sonda görüşdə fəal iştirak edən tələbələrə hədiyyələr təqdim edilib.

“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb“AzerGold” QSC-nin mütəxəssisi ADAU-nun tələbələri ilə görüşüb