Asia HUB illik görüşü baş tutub

26 iyul 2019-cu il tarixində CASCADE, Çinin Nankin Kənd Təsərrüfatı Universiteti (Nanjin Agricultural University) və Amerika Birləşmiş Ştatlarının Miçiqan Dövlət Universiteti (Michigan State University) arasında Asia HUB birgə tədbirlərinin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumuna əsasən 19 aprel 2022-ci il tarixində yeni tədqiqat prioritetlərini və imkanlarını özündə birləşdirən dünyanın nüfuzlu universitetlərinin rektorlarının iştirakı ilə illik onlayn görüş baş tutub.

Görüşün əsas məqsədi Asiyada iqlim dəyişikliyi, qlobal pandemiyalar qarşısında su-enerji-qida sistemlərində yaranan problemlərin həlli, qlobal tədqiqat imkanlarının öyrənilməsi, tədrisin problemsiz şəkildə kurrikuluma inteqrasiya olunması, Asiya universitetlərində beynəlxalq sertifikatlaşdırma və kreditləşdirmə modelinin prototipinin hazırlanması üçün beynəlxalq tərəfdaşlığın və bilik mübadiləsinin təşviqi olub.

ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova çıxış edərək, Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən beynəlxalq layihələr, ikili diplom proqramları və universitetin beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib.

Asia HUB illik görüşü baş tutubAsia HUB illik görüşü baş tutubAsia HUB illik görüşü baş tutub