Aqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Teknofest 2023” yarışması haqqında məlumatlandırıcı görüş keçirilib.

Görüşdə çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov 2022-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsinin iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğunu diqqətə çatdırıb.

Sonra “Bilim Bakı” Mərkəzinin rəhbəri Yusuf Polat çıxış edərək 2022-ci ilin may ayında Bakıda keçirilən “Teknofest” haqqında danışıb, növbəti festival barədə də ətraflı məlumat verib. Bildirib ki, 41 kateqoriya üzrə 102 əsas yarışın təşkil ediləcəyi festival İstanbulun Atatürk Hava Limanında keçiriləcək. Qalib olan komandalara isə pul mükafatı veriləcək.

Dünyanın ən böyük texnologiya yarışı - “Teknofest 2023” festivalına müraciətlər başlayıb. Qeydiyyat noyabrın 20-də bitəcək.

Sonda tələbələrin sualları cavablandırılıb.


Aqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilibAqrar Universitetin tələbələrinə “Teknofest 2023” yarışması haqqında məlumat verilib