Aqrar Universitetin tələbələri ilin ən yaxşı TGT sədri və nümayəndəsi seçiliblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Tələbə Gənclər Təşkilatında (TGT) göstərdikləri fəaliyyətlərinə görə təltif ediliblər.

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş "I strateji planlaşdırma forumu" çərçivəsində tələbələrdən Orxan Muradzadə "İlin TGT sədri", Nizami Məmmədov və Fərid Nəsibov isə "İlin TGT nümayəndəsi" adına layiq görülüblər.

Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil edilən forumun əsas məqsədi tələbə gənclər təşkilatlarının uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunmasına, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.

Aqrar Universitetin tələbələri ilin ən yaxşı TGT sədri və nümayəndəsi seçiliblərAqrar Universitetin tələbələri ilin ən yaxşı TGT sədri və nümayəndəsi seçiliblərAqrar Universitetin tələbələri ilin ən yaxşı TGT sədri və nümayəndəsi seçiliblər