Aqrar Universitetin Tələbə parkında abadlıq-quruculuq işləri aparılır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə parkında əsaslı yenidənqurma işləri həyata keçirilir.

Universitetin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni layihə əsasında yenidən qurulan parkda tələbələrin daha rahat və səmərəli istirahətinin təşkil olunması məqsədilə velosiped nəqliyyatının təşviqi, park ərazisində velosiped yolu ilə bağlı infrastrukturun qurulması istiqamətində işlər start götürüb.

Həmçinin park ərazisində istirahət zonalarının abadlaşdırılması, müasir fiqurlardan ibarət kompozisiyaların yerləşdirilməsi üçün müvafiq işçi qrupları cəlb olunub.

Qeyd edək ki, yenidənqurma işlərinin tədris ilinin başlanğıcına qədər yekunlaşdırılıb tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub.

Aqrar Universitetin Tələbə parkında abadlıq-quruculuq işləri aparılırAqrar Universitetin Tələbə parkında abadlıq-quruculuq işləri aparılırAqrar Universitetin Tələbə parkında abadlıq-quruculuq işləri aparılırAqrar Universitetin Tələbə parkında abadlıq-quruculuq işləri aparılır