Aqrar Universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Sonra universitet əməkdaşları Gəncənin Şəhidlər xiyabanını ziyarət ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad edib, məzarları önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlara öz ehtiramlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Gəncə şəhəri 1-ci Qarabağ müharibəsində 90-nı itgin olmaqla 467 nəfər, 44 günlük Vətən müharibəsində isə 86-sı hərbi, 26-sı mülki olmaqla, 113 şəhid verib.

Aqrar Universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edibAqrar Universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edibAqrar Universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edibAqrar Universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edibAqrar Universitetin professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib