Aqrar Universitetin professor-müəllim heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşı və tələbələri Gəncənin Şəhidlər xiyabanını ziyarət edib.

Universitet əməkdaşları torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidləri yad edib, məzarları önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlara öz ehtiramlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Gəncə şəhəri I Qarabağ müharibəsində 90-nı itgin olmaqla 467 nəfər, 44 günlük Vətən müharibəsində isə 86-sı hərbi, 26-sı mülki olmaqla, 113 şəhid verib.

Aqrar Universitetin professor-müəllim heyəti Şəhidlər xiyabanını ziyarət edibAqrar Universitetin professor-müəllim heyəti Şəhidlər xiyabanını ziyarət edibAqrar Universitetin professor-müəllim heyəti Şəhidlər xiyabanını ziyarət edib