Aqrar Universitetdə növbəti seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti və tələbələr üçün növbəti seminar təşkil olunub.

Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq fakültəsinin professor-müəllim heyəti, bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak ediblər.

Seminar Rusiya Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri doktoru Fərhad Musayev tərəfindən “Müasir tərəvəzçilikdə aktual problemlər” mövzusunda təşkil olunub.

Bildirilib ki, tərəvəzçilik bitkiçiliyin ən mühüm sahələrindən biri kimi ölkəmizin kənd təsərrüfatında mühüm rola malikdir. Azərbaycan ilə Rusiya arasında bu istiqamətdə görülən elmi işlərdən danışan alim, əməkdaşlıq imkanları və perspektivlər haqqında məlumat verib.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Aqrar Universitetdə növbəti seminar keçirilibAqrar Universitetdə növbəti seminar keçirilibAqrar Universitetdə növbəti seminar keçirilib