Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürüb

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” adlı layihənin açılış mərasimi baş tutub.

Çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov aqrar sahədə dövlət dəstəyindən, bu sahədə olan beynəlxalq təcrübələrindən həmçinin, ölkədə icra edilən dövlət gənclər siyasətinin uğurlu nəticələrini və gənclər üçün yaradılan imkanlardan danışıblar.

ADAU-nun Magistr hazırlığı mərkəzinin direktoru Aqil Mustafayev aqrar gəncliyin təhsil fəaliyyətlərindən, magistr təhsilinin rolundan söhbət açıb.

ATU-nun İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə insan resursları haqqında məlumat verib. O, məzunların əmək bazarında rastlaşdığı problemlərdən və həlli yollarına toxunub.

Kapital Bank ASC Gəncə filialının müdiri Vüqar Paşayev bank sektorun gənclərin məşğulluq imkanlarından və bu istiqamətdə fikirlərini bölüşüb.

Layihə rəhbəri Ruslan Vəliyev isə bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması, kənd təsərrüfatı təyinatlı ixtisasların tələbə və məzunlarının əmək bazarına uyğun hazırlanması və bu kimi bütün ümumi məsələlərin həllinə nail olmaqdan ibarətdir.

Beş gün müddətində peşəkar mütəxəssislər tərəfindən layihənin istiqamətlərinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək, tələbə və məzunların əmək bazarına hazırlanması işinə dəstək göstəriləcək. Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi istiqamətində ödənişsiz karyera məsləhəti veriləcəkdir.


Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürübAqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi start götürüb