Aqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə müasir aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu və ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təcrübə proqramları sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum Universitet və Fond arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Sənədə əsasən qurumlar universitetin müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsində, sosial məsuliyyətli layihələrinin icrası, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkil edilməsində əməkdaşlıq edəcəklər.

Bundan başqa, universitetin tələbələri kənd təsərrüfatı və aqrar sığorta sahələri, bu sahələr üzrə həyata keçirilən işlərlə bağlı ətraflı bilik-məlumat alacaq, faydalı təcrübə proqramlarında iştirak edəcəklər.

Memoranduma əsasən, Aqrar Universitetin müvafiq ixtisaslarda təhsil alan tələbələrinin Aqrar Sığorta Fondunda təcrübə keçməsi, sözügedən sahələrdəki müasir dünya təcrübəsi ilə tanışlığı nəzərdə tutulur.

Burada tələbələrə tədris ili ərzində istehsalat təcrübəsinin, yay təcrübə proqramlarının keçirilməsi və sertifikatın verilməsi, eləcə də, təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təmin edilməsi aiddir.

Eləcə də, tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfransların, təlimlərin və seminarların təşkil edilməsi və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin birgə dəstəklənməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbAqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbAqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbAqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbAqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıbAqrar Sığorta Fondu və ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb