ADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadır

Gənc Mühasiblər İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən “şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığının artırılması” layihəsinin icrası davam edir.

Layihənin məqsədi Gəncə şəhərində mühasib və bu üzrə təhsil alan şəhid və qazi övladlarına təlimlər keçmək, təlimlərin sonunda olimpiada təşkil etmək, qalibləri mükafatlandırmaq, daha sonra işlə təmin olunmasına dəstək göstərməkdən ibarətdir.

Layihə çərçivəsində 50 nəfər gəncin iştirakı ilə təlimlər keçirilib, olimpiada təşkil olunub.

Qeyd edək ki, Gəncədə olan 3 universitetin iştirakı ilə baş tutan mühasibat olimpiadasında ilk 10 yerdən 9-u Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri təşkil edib.

Sonda qaliblər mükafatlandırılıb.


ADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadırADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadırADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadırADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadırADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadırADAU tələbələri mühasibat olimpiadasının qalibləri sırasındadır